Müğənni Selena Qomez və ona böyrəyini bağışlayan rəfiqəsi Fransia Raisa uzun müddət sonra birlikdə görüntüləniblər.
Panarama.az xəbər verir ki, rəfiqələrin bir müddətdir görüşməməsi onların küsülü olması haqda dedo-qoduların yayılmasına səbəb olub. Bildirilib ki, Selena böyrəyini ona bağışlayan Fransiyanın nəcib jestini qiymətləndirməyib. Üstəlik, o qədər də məşhur olmayan bir qızı məşhur dostlarına dəyişib.
Söz-söhbətə son qoymaq istəyən Selena rəfiqəsi ilə Los-Ancelesdəki bir restoranda şam yeməyinə yollanıb. Onlar bənzər ayaqqabı ilə diqqət çəkiblər.
Paparatsilər tərəfindən görüntülənən qızlar heç bir sualı cavablandırmadan hadisə yerindən uzaqlaşıblar.