68a6c80b279b0202508251731

Şəmkirdə dönərdən zəhərlənənlərin sayı 24 nəfərə çatdı: 14-ü azyaşlıdır...FOTO...

21 Avqust 2025
18

Avqustun 20-də saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsilə 24 nəfər (9-u kişi, 15-i qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Panarama.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, onlardan 14-ü azyaşlıdır:

"Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb".




09:35


Şəmkirdə kütləvi zəhərlənmənin səbəbi bəlli olub.

Panarama.az bildirir ki, Oxu.Az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına istinadla xəbər verir ki, ötən gecədən xəstəxanaya yerləşdirilən 20 nəfər dönərdən zəhərlənib.

"Şəmkir rayonunda baş verən hadisə ilə əlaqədar agentliyin "1003" Çağrı Mərkəzinə daxil olan məlumat əsasında AQTA-nın regional bölməsi tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Bəxtiyar Abbas oğlu Əhmədova məxsus "Almalı" kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq", - məlumatda deyilir.

Bildirilir ki, iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırmalar davam edir.


02:00


"20.08.2025-ci il tarixində saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsi ilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub"..

Panarama.az APA-ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Onlardan doqquzu azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb. Beş nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - məlumatda bildirilib.

01:24

Şəmkirdə dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub.

Panarama.az APA-ya istinadən xəbər verir ki, zərərçəkənlər bunlardır:

- 1991-ci il təvəllüdlü V.Hüseynov,

- 2019-cu il təvəllüdlü D.Bayramlı,

- 2014-cü il təvəllüdlü X.Abbasova,

- 1987-ci il təvəllüdlü G.Babayeva,

- 2020-ci il təvəllüdlü Ö.Abbasov,

- 2011-ci il təvəllüdlü Ş.Babayeva,

- 2013-cü il təvəllüdlü Q.Babayev,

- 2016-ci il təvəllüdlü H.İsmayılov,

- 2022-ci il təvəllüdlü A.Hüseynova,

- 2005-ci il təvəllüdlü N.Nağıyeva,

- 2002-ci il təvəllüdlü A.Muradov,

- 2019-cu il təvəllüdlü S.İsmayılov,

- 1978-ci il təvəllüdlü E.Muradova,

- 2020-ci il təvəllüdlü A.Qurbanova,

- 1986-ci il təvəllüdlü G.İsmayılova,

- 1998-ci il təvəllüdlü A.Vəlizadə,

- 1996-ci il təvəllüdlü T.Süleymanova,

-1975-ci il təvəllüdlü R.Əhmədova,

- 1986-ci il təvəllüdlü G.Bayramlı,

- 1996-ci il təvəllüdlü N.Süleymanlı.

Məlumata görə, zəhərlənənlərin vəziyyəti hazırda qənaətbəxşdir.


00:48


Dönərdən zəhərlənən Tovuz sakinlərinin adları açıqlanıb.

Panarama.az APA-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər Tovuz rayonun Əyyublu kənd sakinləri - 2002-ci il təvəllüdlü N.Tağıyev, 2024-cü il təvəllüdlü K.Tağıyev, 2021-ci il təvəllüdlü R.Tağıyev, 2010-cu il təvəllüdlü E.Tağıyev və ailənin daha bir üzvüdür.

Hazırda zəhərlənənlərin müalicəsi davam etdirilir.. 


00:00


Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, rayon ərazisində 20 nəfərə yaxın şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır. 


02:00


"20.08.2025-ci il tarixində saat 18:30-dan başlayaraq zəhərlənmə şübhəsi ilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub".

Panarama.az APA-ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Onlardan doqquzu azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.

15 nəfər ambulator müalicə üçün evə buraxılıb. Beş nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilir", - məlumatda bildirilib.


01:24


Şəmkirdə dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub.

Panarama.az APA-ya istinadən xəbər verir ki, zərərçəkənlər bunlardır:

- 1991-ci il təvəllüdlü V.Hüseynov,

- 2019-cu il təvəllüdlü D.Bayramlı,

- 2014-cü il təvəllüdlü X.Abbasova,

- 1987-ci il təvəllüdlü G.Babayeva,

- 2020-ci il təvəllüdlü Ö.Abbasov,

- 2011-ci il təvəllüdlü Ş.Babayeva,

- 2013-cü il təvəllüdlü Q.Babayev,

- 2016-ci il təvəllüdlü H.İsmayılov,

- 2022-ci il təvəllüdlü A.Hüseynova,

- 2005-ci il təvəllüdlü N.Nağıyeva,

- 2002-ci il təvəllüdlü A.Muradov,

- 2019-cu il təvəllüdlü S.İsmayılov,

- 1978-ci il təvəllüdlü E.Muradova,

- 2020-ci il təvəllüdlü A.Qurbanova,

- 1986-ci il təvəllüdlü G.İsmayılova,

- 1998-ci il təvəllüdlü A.Vəlizadə,

- 1996-ci il təvəllüdlü T.Süleymanova,

-1975-ci il təvəllüdlü R.Əhmədova,

- 1986-ci il təvəllüdlü G.Bayramlı,

- 1996-ci il təvəllüdlü N.Süleymanlı.

Məlumata görə, zəhərlənənlərin vəziyyəti hazırda qənaətbəxşdir.


00:48


Dönərdən zəhərlənən Tovuz sakinlərinin adları açıqlanıb.

Panarama.az APA-ya istinadən xəbər verir ki, zəhərlənən şəxslər Tovuz rayonun Əyyublu kənd sakinləri - 2002-ci il təvəllüdlü N.Tağıyev, 2024-cü il təvəllüdlü K.Tağıyev, 2021-ci il təvəllüdlü R.Tağıyev, 2010-cu il təvəllüdlü E.Tağıyev və ailənin daha bir üzvüdür.

Hazırda zəhərlənənlərin müalicəsi davam etdirilir.


00:00


Şəmkirdə qidadan kütləvi zəhərlənmə baş verib.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, rayon ərazisində 20 nəfərə yaxın şəxs qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların dönərdən zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

20 avqust, 23:48

Tovuzda dönərdən zəhərlənən beş nəfərdən üçü azyaşlıdır.

Panarama.az APA-ya istinadən xəbər verir ki, Tovuz rayonunun Əyyublu kənd sakinləri Şəmkirdə yedikləri dönərdən zəhərləniblər.

Hazırda zəhərlənən şəxslərin müalicəsi Tovuz Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.


20 avqust, 23:24


Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Əyyublu kəndindən olan bir ailənin beş üzvü qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin yaxınlarının sözlərinə görə, onlar Şəmkir rayonundakı kafelərdən birində dönər yedikdən sonra vəziyyətlərinin dəyişdiyini müşahidə ediblər.

Faktla bağlı araşdırma aparılır.