"Vaqner" özəl hərbi təşkilatının iyun ayındakı qiyamından sonra Rusiya xidmət orqanları Yevgeni Priqojinin evində onun yerinə uçuşlara qatılan oxşarının sənədlərini tapıblar.
Panarama.az Metbuat.az-a istinadən bildirir ki, bu barədə "The Guardian" nəşri yazır. Məqalədə qeyd edilir ki, sənədlərdəki bütün məlumatlar Priqojinin məlumatları ilə eyni olub, lakin foto onun oxşarına aid olub.
Bu məlumatdan sonra Priqojinin qəzaya düşən təyyarədə olmadığı, onun əvəzinə təyyarəyə oxşarının mindiyi iddiaları güclənib. "Vaqner qiyamı"ndan sonra Priqojinin evindən çıxan oxşarının sənədləri də yayılıb.
Xatırladaq ki, avqustun 23-də Priqojinin biznes-jeti Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Nəticədə Priqojin və təyyarədəki digər 9 nəfər ölüb.