64f36d5cb2b65202309231404
Sərdar Ortaç azərbaycanlı rəqqasə ilə evlənəcəyini açıqladı...
Bir müddət əvvəl son konsert turuna çıxdığını və karyerasını bitirəcəyini bildirən türkiyəli müğənni Sərdar Ortaç növbəti açıqlaması ilə diqqət çəkib.

Panarama.az axşam.az-a istinadən  xəbər verir ki, ifaçı növbəti dəfə evlənəcəyini vurğulayın. Bu barədə o, sosial media hesabında deyib. 

"İnci, eşqim bu mahnı sənin üçündür. Onunla evlənəcəyəm. Bərabər yaşlanıb öləcəyiq. Eşqim mənim" deyə, o, söyləyib.

Sərdar izləyiclərin "İnci kimdir?" sualını isə "Qırmızı saçlı rəqqasəm" deyə, cavablayıb.

Türk mediasında yer alan məlumatlara görə, söhbət İnci Həbibova Altaydan gedir. 35 yaşlı rəqqasənin Azərbaycan əsilli olduğu bildirilib. İnci 1988-ci ildə Bakıda dünyaya gəlib. Rəqs üzrə dərslərini Bakıda alan İnci Türkiyəyə getdikdən sonra Mustafa Sandal, Sərdar Ortaç kimi sənətçilərin rəqs qruplarında yer alıb. O, bir müddət "Show TV"də yayımlanan "Dance with me" yarışında münsiflərdən biri olub.

Qeyd edək ki, ifaçı keçmiş həyat yoldaşı, model Xloe Luqnanla qalmaqallı şəkildə boşandıqdan sonra evlənməyəcəyini demişdi.

 


02.09.2023 21:08
332

(MGID): :
OXŞAR XƏBƏRLƏR