Sərnişinlərin nəzərinə - Bu qrafiklər dəyişdi
Abşeron dairəvi marşrutu üzrə qatarların qrafikində bəzi dəyişikliklər edilib.
Panarama.az Mətbuat.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 19 avqustdan Abşeron dairəvi dəmir yolu marşrutu üzrə sərnişin qatarları həftəiçi, həmçinin şənbə və bazar günlərində yenilənmiş hərəkət cədvəli ilə xidmət göstərəcək.