66161f93e9495202404241147
"Səsyazıları var, risk edib qulaq asa bilmirəm, ürəyim dayana bilər" - VİDEO

Əməkdar artist Könül Kərimova dünyasını dəyişən rəfiqəsindən danışıb kövrəlib. 

Panarama.az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Rəngarəng səhər" proqramında bəhs edib. O bildirib ki, Könül adlı xanımla uşaq yaşlarından dostluq edib:

"3 ay əvvəl rəfiqəm vəfat etdi. Adı Könül idi, ətrafım onu tanıyır. Uşaq yaşlarından rəfiqə idik (kövrəlir). Zaqataladan baxanlar bilir. Onunla dəhşət dost idik. İnsult keçirtdi və vəfat etdi. Biz iki bacıyıq, amma özümüzü üç bacı kimi hiss edirdik. Bizim evimizdə kirayə qalırdı, ona elə bağlandıq ki, anam ondan pul almadı. Otaqlarımızı birləşdirib bir otaqda 3 bacı qalırdıq. O, vəfat edəndə anam, qardaşım özünü güclə toparladı. Heç ailəmin bilmədiyi sirrimi Könül bilirdi. Səsyazıları var, risk edib qulaq asa bilmirəm. Əlim gəlib silmirəm də. Səsini eşitsəm, ürəyim dayana bilər". 


10.04.2024 09:09
281

(MGID): :
OXŞAR XƏBƏRLƏR