Müğənni Sevda Yəhyayeva ilk dəfə qızı Aylanın üzünü göstərib.
Panarama.az unikal.az-a istinadən xəbər verir ki, ifaçı qızını 1 yaşı münasibətilə təbrik edərək yazıb:
"Demək, qismətimdə mənim də övladımı təbrik etmək varmış. Bunun üçün Allahıma sonsuz təşəkkür edirəm. Mən sənlə sevginin yeni ünvanını tapa bildim. Səni sevirəm, Aylam. 1 yaşın mübarək".
Qeyd edək ki, Sevda həkim Zakir Bayramovla ailəlidir. O, ikinci qızına hamilədir.