Simpsonlar baş verən hadisələri qabaqcadan bildiyi
üçün dünyada trend mövzusu olmaqda davam edir. Bir çox
sosial hadisələrdən xəbər verən cizgi serialı son zamanlar
Türkiyədə zəlzələ olacağı ilə bağlı verdiyi xəbərlə bomba
effekti yaradıb.Bu dəfə The Simpsons tamamilə fərqli bir mövzu
proqnozlaşdırdı. Serialın köhnə bir hissəsində günəşin
həddindən artıq istiliyinə diqqət çəkilib.
Sözügedən epizodda Hans adlı personaj günəşin alovlu
istisində bir səhnədə əriməyə başlayır. Sonra qəzetin
mürəkkəbi yüksək temperatura tab gətirə bilməyib əriyir
və kəpənək alovlanır.Şagirdlərin istidən qorunmaq üçün kondisionerli
ərazidən sığınacaq kimi istifadə etməsi ilə bağlı səhnə sosial
mediada bomba effekti yaradıb.