66e1f80482797202409240524
Sinif rəhbərləri hər gün məktəbə gedəcək? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, sentyabrın 16-dan etibarən sinif rəhbəri olan müəllimlər hər gün məktəbdə olmalıdır. Bu isə bəzi müəllimlər arasında müzakirələrə səbəb olub.

 

Modern.az mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, məktəbin iş rejimi pedaqoji şuraların qərarı ilə təsdiqlənir və müəllimlərlə əmək müqaviləsi bağlanılır:

 

“Qeyd edirik ki, Nazirlər Kabinetinin qərarına əsasən 1 stavka dərs yükü 18 saatdır. Buna uyğun olaraq sinif rəhbərləri, eləcə də dərs yükü 18 saat və daha yuxarı olan təhsilverənlərin əmək fəaliyyəti  məktəb direktorları tərəfindən təsdiq edilmiş dərs cədvəlinə uyğun olaraq tənzimlənir”.

12.09.2024 00:04
606

(MGID): :
OXŞAR XƏBƏRLƏR