674620353fb09202411242333
Sirkə turşusu içən qadın HƏYATINI İTİRDİ...

Sirkə turşusu içən 56 yaşlı qadın xəstəxanada ölüb.

Panarama.az 1xeber.media-ya istinadən xəbər verir ki, Oğuz  rayonunun  Bucaq kənd sakini, 1968-ci il təvəllüdlü Leyla Osman qızı Musayeva kəskin zəhərlənmə diaqnozu  ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Xəstəxanada müayinə zamanı l.Musayevanın  sirkə turşusundan zəhərləndiyi məlum olub və ona göstərilən tibbi yardımlara baxmayaraq qadın xəstəxananın Reanimasiya şöbəsində həyatını itirib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

26.11.2024 23:22
47

(MGID): :
OXŞAR XƏBƏRLƏR