66ac9a1e21095202408243438
Şirvanda FACİƏ: Ana və qızı dünyasını dəyişdi — YENİLƏNİB
Şirvanda ana və övladının ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Panarama.az  "Report"a istinadən xəbər verir ki, Sabirabad rayonundan olan 1991-ci il təvəllüdlü Kərimova Aygün Yunis qızı və onun azyaşlı qızı Şirvana baldızıgilin evinə qonaq gəlib.

Hadisə baş verən zaman baldızı və ailəsi evdə olub.

Həmçinin bildirilir ki, Aygün Kərimovanın həyat yoldaşı hərbçidir və hazırda Bərdə rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edir.

Hadisə nəticəsində həyatını itirən azyaşlı qızın isə iflic xəstəsi olduğu deyilir. Ailə azyaşlın müalicəsi ilə əlaqədar Şirvan şəhərinə tez-tez gedib-gəlirmiş.

Hazırda faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

***10:46

Şirvanda ana və azyaşlı qızı binadan yıxılaraq ölüb.


Panarama.az  APA-ya istinadən bildirir ki, hadisə Şirvan şəhərinin mərkəzində baş verib. Beşmərtəbəli binada qonaq olan ana Kərimova Aygün

və 5 yaşlı qızı K.Z 5-ci mərtəbədən yıxılaraq ölüblər.
03.08.2024 15:58
256

(MGID): :
OXŞAR XƏBƏRLƏR