Aksiya həftənin 1-ci günü Samux rayonu, Çobanabdallı kəndində (kənd tam orta məktəbinin qarşısı), 2-ci günü Göygöl rayonu, Hacıkənd kəndində (Nizami Gəncəvi Parkı ), 4-cü günü Goranboy rayonu, Rəhimli kəndində (kənd tam orta məktəbinin qarşısı), 5-ci günü isə Naftalan rayonu, Xan Qərvənd kəndində (Mirzə Məmmədov adına tam orta məktəbin qarşısı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.