65c774c7d0966202402240615
“Soda ilə qarqara etmək məsləhət deyil”...
“Kəskin yuxarı tənəffüs yollarının infeksiyaları zamanı soda məhlulundan istifadə edərək qarqara etmət məsləhət görülmür”.
Panarama.az xəbər verir ki, bunu news.ru-ya terapevt Kseniya İvanova deyib.
Həkim soda və ya natrium bikarbonatın kəskin yuxarı tənəffüs yollarının infeksiyaları və ağız boşluğunun iltihabi xəstəlikləri əlaməti ilə dərman reyestrində olduğunu bildirib:
“Bu həm də qarqara üçün nə qədər soda lazım olduğunu göstərir. Ancaq hazırda bu metod köhnəlmiş sayılır. Natrium bikarbonat yalnız təsirsiz deyil, həm də potensial təhlükəlidir. Boğaz ağrısı ən çox kəskin yuxarı tənəffüs yollarının infeksiyaları və ya kəskin tonzillitdən qaynaqlanır və qarqara qurudulmuş selikdən və irindən, məsələn, boğaz ağrısından qurtulmağa kömək edə bilər. Bununla belə, özünü müalicə sağlamlığa düzəlməz zərər verə bilər, buna görə də həkimə müraciət etməlisiniz”./yeniavaz.com
10.02.2024 17:05
610

(MGID): :
OXŞAR XƏBƏRLƏR