68657ad81e7eb202507253048

SON DƏQİQƏ! Araz Ağalarova qarşı icraata başlanıldı

02 İyul 2025
156



Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) azərbaycanlı iş adamı Araz Ağalarova qarşı icraata başlayıb.


Panarama.az   CityPost.az-a  istinadən   xəbər  verir   ki, bu, fiziki şəxslərin borclularının reyestrinin məlumatları ilə təsdiqlənir.


Kartotekaya əsasən, Moskvanın Presnenski Rayon Məhkəməsi mayın 7-də müvafiq icra vərəqəsini versə də, proses iyunun 26-da başlayıb.


Araz Ağalarov “Crocus Group”un sahibidir. 2020-ci ildə o, 1,7 milyard dollarlıq sərvətlə Forbes-in "Rusiyanın 200 ən zəngin iş adamı" reytinqində 55-ci yeri tutub.


İyunun 27-də müğənni Leonid Aqutinin sənətçinin 35% paya sahib olduğu “Leonid Aqutin Production Center” şirkətinə borcuna görə məhkəmə icraçıları tərəfindən axtarışa verildiyi bildirilir.