6521789717f22202310232615
SON DƏQİQƏ! Azərbaycandan İsrailə… - VİDEO

İsraildə baş verən son hadisələrlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti bazar günü, oktyabrın 8-nə planlaşdırılan Təl-Əvivin Ben Qurion hava limanına və oradan geri istiqamətində bütün reyslərini ləğv edir.

Panarama.az News24.az-a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən bildiriblər.

Bakı-Təl-Əviv-Bakı marşrutu üzrə uçuşların həyata keçirilməsi ilə bağlı əlavə məlumat veriləcək.

Təl-Əvivə bileti alan sərnişinlər pulun tam geri qaytarılması və ya pulsuz bilet dəyişdirilməsi hüququna malikdirlər.

Dəyişikliklər barədə məlumat almaq üçün sərnişinlərə aviaşirkətin [email protected] elektron ünvanına müraciət etmələri tövsiyə olunur.

Aviaşirkət hazırda Təl-Əvivə aviabiletlərin satışını növbəti xəbərdarlığa qədər dayandırıb.

Qeyd edək ki, aviaşirkətin prioriteti uçuşların və sərnişinlərin təhlükəsizliyidir.



07.10.2023 19:24
356

(MGID): :
OXŞAR XƏBƏRLƏR