64e32896028a2202308230422
SON DƏQİQƏ: Nemət Pənahlı saxlanıldı – Hadisənin VİDEOSU

SON DƏQİQƏ: Nemət Pənahlı saxlanıldı – Hadisənin VİDEOSU

Panarama.az  sitat.info-ya istinadla xəbər verir ki, bu gün səhər saatlarında Azərbaycan Milli Dövlətçilik partiyasının sədri Nemət Pənahlını DYP əməkdaşları saxlayıb.

DYP əməkdaşı 90-KM-590 dövlət nömrə nişanlı avtomobili idarə edən Nemət Pənahlıya Tbilisi prospekti, “Avropa” otelinin yaxınlığında “saxla” əmri verib.

Partiya sədri baş verənlərlə bağlı bildirib ki, onun avtomobilinə DYP tərəfindən həbs qoyulub:

“Bəli, bu gün səhər DYP əməkdaşı tərəfindən saxlanıldım. Avtomobilimin cərimə borcu 4700 manatdır. Bu səbəbdən maşını cərimə meydançasına aparıldı”.


21.08.2023 13:02
215

(MGID): :
OXŞAR XƏBƏRLƏR