64e83a1aa4ce4202308232026
SON DƏQİQƏ: Ömər aşırımında faciə baş verib - ÖLƏNLƏR var

Göygöl-Kəlbəcər avtomobil yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Panarama.az "Report"a istinadla xəbər verir ki, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşını dərəyə aşıb, ölənlər və xəsarət alan var.

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda yük maşınının dərəyə aşması nəticəsində avtomobildə olan 3 nəfərdən 2-si ölüb, daha biri ağır yaralarla xəstəxanaya çatdırılıb.

Onların ərazidə çalışan Türkiyə vətəndaşları olduğu bildirilir.

Hadisənin "Ömər aşırımı" nın yaxınlığında qeydə alındığı qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.

25.08.2023 09:16
253

(MGID): :
OXŞAR XƏBƏRLƏR