652b8925d98bd202310233933
Sosial şəbəkənin məşhur həkimi SAXTAKAR ÇIXDI / FOTO

Sosial şəbəkənin məşhur həkimi saxtakar çıxdı: Həkim deyilmiş"TikTok"da minlərlə izləyicisi olan və özünü həkim kimi təqdim edərək sağlamlıq məsləhətləri verən gənc qadının həkim olmadığı ortaya çıxıb.

Panarama.az big.az-a istinadla xəbər verir ki, Avstraliyada yaşayan 30 yaşlı D.K. adlı qadın sosial şəbəkədə saxta ad etiketlərindən istifadə edərək özünü həkim kimi təqdim edib və səhhəti ilə bağlı insanları məlumatlandırıb.

Məlum olub ki, xərçəng, HİV və hamiləlik problemi olan insanlara kömək edən D.K. insanları aldadır. 2019-2021-ci illər arasında Dr. D.K. Adı ilə "TikTok"da minlərlə izləyici toplayan D.K. həkimlik diplomu olduğunu iddia edərək, xəstələrə göndərmək üçün adı ilə saxta məktublar hazırlayıb.

O, oktyabrın 11-də Sidneydəki Dauninq Mərkəzi Məhkəməsində özünü həkim kimi təqdim etmək və tibb işçisi kimi çıxış etmək ittihamı ilə günahını etiraf edib. Koronavirus pandemiyası zamanı başlayan bağlanmalara görə işini itirməkdən qorxduğu üçün həkimlik postlarının ağlına gəldiyini ifadə edib. D.K. iki il müddətinə İcma Cəza Sərəncamına və 13.300 dollar cərimələnib.

15.10.2023 10:39
2279

(MGID): :
OXŞAR XƏBƏRLƏR