65339b933f58d202310233619
"Şrek"in evi gerçək oldu - Kirayə verilir - FOTO

Dünyanın ən məşhur ev kirayələmə proqramlarından biri olan Airbnb, “Şrek” pərəstişkarlarını sevindirəcək layihəyə start verib.

Panarama.az xarici mediaya istinadla xəbər verir ki, Airbnb DreamWorks ilə əməkdaşlıq edərək məşhur cizgi filmi personajı “Şrek”in yaşadığı bataqlıq evi real dünyada tikib.


Üstəlik, şanslı insanlar “Şrek”in evində qalmaq imkanı əldə edəcəklər. Ev Şotlandiyanın Hayland bölgəsində yerləşir. Pulsuz yerləşdirmə təklif edən “Şrek” evində yalnız 3 şanslı adam iki gecə qala bilər.

Rezervasiya etmək istəyənlər müraciət edə bilərlər. Səhər pulsuz vafli təklif edən evin ətrafında unikal Şotlandiya təbiəti var.


Evin diqqət çəkən xüsusiyyətlərindən biri də onun xarici tualet hamamının olmasıdır. Ziyarətçilər ehtiyaclarını ödəmək üçün yatdıqları otaqdan təxminən 20 metr məsafədə vanna otağından istifadə etməlidirlər.

Obyektin xaricində yerləşən fiqurlar ziyarətçilərə özlərini “Şrek” filmindəki kimi hiss etdirəcək.


Airbnb ilk ziyarətçilərini 27-29 oktyabr tarixləri arasında qəbul edəcək. Rezervasiyaların daha sonra yenidən açılacağı gözlənilir./lent.az

21.10.2023 13:32
251

(MGID): :
OXŞAR XƏBƏRLƏR