64e9b5c6d8a8a202308232022
Su samurunun “cinayəti” kameraya düşdü: 126 min dollar ziyan vurub (FOTO/VİDEO)
Böyük Britaniyada su samuru otelə 100 min funt-sterlinq (126 min dollar) dəyərində ziyan vurub.
Panarama.az Qaynarinfo-ya istinadən bildirir ki, bu barədə "The Daily Telegraph"a istinadən xəbər verir.
Nəşr yazır ki, Çesterdəki "Grosvenor Pulford Hotel & Spa" otelinin əməkdaşları heyvanın otelin iki gölməçəsindən Amur sazanının əhliləşdirilmiş forması olan 50-yə yaxın dekorativ koi balığı oğurladığını biləndə şoka düşüblər. Hər balığın qiyməti 2000 funt-sterlinqdir (2500 dollar).
"Cinayət” müşahidə kameraları tərəfindən lentə alınıb. Qeydlər göstərir ki, su samuru balıqları yerli quşlardan qorumaq üçün nəzərdə tutulmuş elektrik çəpərləri aşaraq aparır.
Otelin sahibi olan "Nelson Hotels & Inns" şirkətinin direktoru Endryu Nelson bildirib ki, rəhbərlik indi daha çox itkilərdən qaçmaq üçün yol axtarır.
"Rəngarəng sazan balıqlarımız təkcə uzun illər mülkümüzdə xoşbəxt, qayğısız həyat sürən bağımızın göz oxşayan sakinləri deyil, həm də otelimizə əhəmiyyətli sərmayə qoyuluşudur”, deyə Endryu Nelson bildirib.



26.08.2023 12:16
137

(MGID): :
OXŞAR XƏBƏRLƏR