67169a5967d14202410241553
Sulu qar yağmağa başladı - Bu ərazilərdə

Azərbaycanda oktyabrın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

Panarama.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Şahbuz, Ordubad, Gədəbəy, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəydə isə sulu qar yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.

21.10.2024 22:15
599

(MGID): :
OXŞAR XƏBƏRLƏR