64e01e118ffbb202308234241
Sumqayıt bulvarında dörd gün əvvəl itkin düşən qız Masazırda tapılıb

Avqustun 15-də Sumqayıt bulvarında itkin düşən əqli qüsurlu 25 yaşlı Zeynəb Azər qızı Abbaszadə tapılıb.

Panarama.az report-a istinadən bildirir ki, “Report”un yerli bürosu xəbər verir ki, qız Abşeron rayonu, Masazır qəsəbəsində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Zeynəb Abbaszadə 15 avqust saat 20:39-da anası ilə Sumqayıt bulvarında gəzərkən ondan tək gəzməsi üçün icazə alıb və bir daha geri qayıtmamışdı.

19.08.2023 05:40
192

(MGID): :
OXŞAR XƏBƏRLƏR