Sumqayıtda yeniyetmə bıçaqlanıb.
Panarama.az News24.az-a istinadən xəbər verir ki, hadisə 41-ci məhəllədə qeydə alınıb.
Bıçaqlanan 13 yaşlı Əli Qurbanzadə xəstəxanaya çatdırılıb.
Ona xəsarət yetirməkdə 85 yaşlı Şahhüseyn Qənbərov şübhəli bilinir.
İlkin məlumata görə, bıçaqlanma şəxsi münaqişə zəminində baş verib.
Araşdırma aparılır.