Dekabrın 16-da saat 23 radələrində Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, KIA və BMW markalı avtomobillər toqquşub.
Nəticədə BMW markalı şəxsi avtomobildəki sərnişin, polis nəfəri, 1990-cı il təvəllüdlü İlqar Sadıqov hadisə yerində həyatını itirib.
Avtomobillərin sürücüləri xəstəxanaya yerləşdiriliblər.
Araşdırma aparılır.
***
Sumqayıtda ölümlə və xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un xəbərinə görə, Babək və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində BMW və “Toyota” markalı avtomobillər toqquşublar.
Hadisə nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirirlir-red) ölüb, daha iki nəfər - 1989-cu il təvəllüdlü Yusifzadə Tural Elşad oğlu və 1994-cü il təvəllüdlü Eyvazov Etibar Tural oğlu xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır..