64d8f40bf0395202308231731
Sumqayıtda ev yandı

Sumqayıt şəhərində ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin zirzəmisində 50 m² sahədə əşyalar, 1 otağın yanar konstruksiyaları 20 m² sahədə və ev əşyaları, digər otaqda 1 ədəd mebel dəsti, 1 ədəd pəncərə çərçivəsi yanıb.


Panarama.az News24.az-a istinadən  Hallar Nazirliyindən verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən evin zirzəmisindən həcmi 30 və 50 litr olan 2 ədəd propan qaz balonu təhlükəsiz əraziyə çıxarılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Bundan başqa Yevlax şəhərinin Kövər kəndində ümumi sahəsi 120 m² olan kürsülü, bir mərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.


Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

13.08.2023 19:13
259

(MGID): :
OXŞAR XƏBƏRLƏR