653c84ced0afb202310234934
Sumqayıtda evə silahlı basqın: 2 ÖLÜ, 4 YARALI - YENİLƏNİB - FOTO

Sumqayıtda silahlı hücum zamanı zərərçəkənlərlə bağlı ilkin təfərrüat məlum olub.

Panarama.az  Milli.Az-a istinadla xəbər verir ki,  hücumda Fərəcov Dağbəyi və onun qızı Karakaş Suzana öldürülüb. 

Bundan başqa, Fərəcov Tərlan və Türkiyə vətəndaşı Karakaş Serkan yaralanıb. Ailənin qızları Yağmur və Cansu hücum zamanı zərər çəkməyiblər.

-------

07:11

Sumqayıtda fərdi yaşayış evində atışma olub.

Panarama.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə 16 mikrorayonda yerləşən Corat bağları adlı yaşayış massivində baş verib.

Evə silahlı hücum zamanı ailənin 2 üzvü öldürülüb, yaralılar var.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub.

Məqaləyə dair fotomateriallar:


28.10.2023 07:46
1651

(MGID): :
OXŞAR XƏBƏRLƏR