65a56eb77ed4d202401244319
Sumqayıtda güclü partlayış BAŞ VERİB - Xəsarət alanlar var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub.



Panarama.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.


Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kv.m olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. 


Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb. 



Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. 


Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
 

***

21.03

Sumqayıtda partlayış baş verib.


Panarama.az APA-ya istinadla xəbər verir ki, hadisə Y.Məmmədov (Metallurq) küçəsində 2 saylı yataqxanada qeydə alınıb.

Hadisənin ilkin olaraq qaz balonundan baş verdiyi bildirilir. Partlayış zamanı 1 ailənin 4 üzvü xəsarət alıb.

38 yaşlı  Paşayev Ceyhun Eldar oğlu üzün və əllərin yanıqları, onun həyat yoldaşı Paşayeva Vüsalə Gündüz qızı üzün  və əllərin 1-2-ci dərəcəli yanığı xəsarətləri alıb.

Bundan başqa, onların uşaqları - 16 yaşlı Paşayeva Nəzakət üzün 2-ci dərəcəli termik yanığı, 11 yaşlı Paşayev Yusif üzün 1 ci dərəcəli, əlin 2-ci dərəcəli yanığı xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

15.01.2024 21:43
313

(MGID): :
OXŞAR XƏBƏRLƏR