6528ef3447126202310231812
Sumqayıtda kişi özünü xeyirxah göstərib qocaların pulunu OĞURLADI - VİDEO

Sumqayıt şəhərində naməlum şəxs şəhər sakini olan bir nəfərin etibarından sui-istifadə edərək onun təqaüd kartında olan pul vəsaitini oğurlayıb.

Panarama.az bildirir ki, Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, bu barədə zərərçəkən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında kartından pul çıxarmaqda ona köməklik etməsi üçün tanımadığı şəxsdən kömək istəyib. Həmin şəxs kartı bankomata daxil edərək hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ona inanıb gedəndən sonra bankomatdan çıxan pulu isə götürərək hadisə yerindən uzaqlaşıb.


Keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rövşən Xələfov saxlanılıb. O, ifadəsində bankomatların qarşısında dayanaraq əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq etdiyini bildirib.


Araşdırmalar davam etdirilir. R.Xələfovun Sumqayıt, eləcə də digər ərazilərdə  analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

13.10.2023 11:16
316

(MGID): :
OXŞAR XƏBƏRLƏR