Sumqayıtda intihara cəhd edən şəxs xəstəxanada ölüb.
Panarama.az bildirir ki, Lent.az-ın məlumatına görə, şəhər sakini olan keçmiş məhkum 52 yaşlı Elbrus İmanov binalardan birinin qarşısında özünə kəsici alətlə xəsarətlər yetirib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Burada görülən tədbirlərə baxmayaraq, o, ürəktutma səbəbindən ölüb.