674a24a4afa44202411243132
"Sürdüyümüz maşından, yaşadığımız həyat tərzindən ayıbdır..." - Meyxanaçılar arasında efirdə GƏRGİNLİK - VİDEO

Xəbər verdiyimiz kimi, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyamı bir çox məşhurlar ziyarət edir. Bir neçə gün əvvəl verilişlərin birində qonaq olan Orxan Lökbatanlı Xəyyam üçün pul yığmaq istəyən meyxanaçılara səslənərək qeyd etmişdi ki, canlı açaraq dəstək açmaq lazım deyil, mən utandığım maşından utanaram: "Biz meyxanaçılar yığılıb hərəmiz bir toyun pulunu versək Xəyyama kömək edə bilərik".

Panarama.az manset.az-a istinadən xəbər verir ki, meyxanaçı Balaəli qonaq olduğu "Rəngarəng" verilişində Orxan Lökbatanlıya cavab verib:

"Belə də maşınını sat, heç kimə demə. Eləmisən lap yaxşı. Bir sən bil, bir də Allah bilsin. Biz hamımız Xəyyamı çox istəyirik. Mən onun kartına bir manat da, beş manat da atsam heç kimin xəbəri olmaz. Mən yaxşılıq edəndə heç kimə demirəm".

Balaəlinin çıxışından sonra efirə zəng edən Orxan Lökbatanlı əsəblərinə hakim ola bilməyib:

"Sən maşın alverçisisən, yoxsa meyxanaçı? Bizim sürdüyümüz maşından, yaşadığımız həyat tərzindən ayıbdır ki, biz gedib camaatdan pul istəyirik?"

Sözügedən görüntüləri təqdim edirik:


30.11.2024 00:30
96

(MGID): :
OXŞAR XƏBƏRLƏR