"Sürücülük vəsiqəsinə "eynək" işarəsinin vurulması yenilik deyil".
Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib:
onlayn aptek
"Milli sürücülük vəsiqəsinin yenilənməsi ilə bağlı yayılan məlumatla əlaqədar bildirirəm ki, qanunvericiliyin tələbinə əsasən, sənədin hazırkı nümunəsində hər bir kateqoriya (altkateqoriya) haqqında əlavə məlumat və ya məhdudiyyətlər, o cümlədən eynəklə idarəetməyə dair qeyd olur.
Eynəklə idarəetməyə dair qeyd, əvvəlki nümunədə yalnız yazılı şəkildə olurdusa, 2020-ci ildən sonra verilən sürücülük vəsiqələrində bu məlumat yazı ilə yanaşı, həm də "eynək" stikeri ilə göstərilir", - deyə M.Ağayev əlavə edib.
***
Azərbaycanda sürücülük vəsiqələrində yenilik edilib.
Qlobal.net bildirir ki, oxu.az-ın əldə etdiyi məlumata əsasən, artıq vəsiqələrin üzərində "eynək" işarəsi olacaq. Bu işarə sürücünün gözünün zəif olduğunu bildirir.
Yeni nəsil sürücülük vəsiqələri bu həftədən etibarən verilməyə başlayıb.