64e3811d713da202308232205
Tacir Fədayə ilə münasibətlərindən DANIŞDI - VİDEO

Müğənni Tacir Şahmalıoğlu küsüb-barışdığı duet ortağı Fədaya Laçınla münasibətlərindən söz açıb. 

Panarama.az  Sfera.az-a istinadən  xəbər verir ki, sənətçi evində qonaq qəbul etdiyi "Xoş gəldim" verlişinin aparıcı Amil Xəlilin gözlənilməz və efirə yaraşmayan sualı ilə üz-üzə qalıb.  
 

Amilin "Fədayə Laçınla aranızda ər-arvad münasibəti olub?" sualına Tacir "Olmayıb" qısa cavabını verib. Lakin daha geniş cavab almaq üçün aparıcı "Axı özünüz əvvəl müsahibənizdə demişdiniz. Elə bildiyimiz münasibətdən söhbət gedir" sözlərini dilə gətirib. Müğənni isə "Hər yaxın münasibət ər-arvad münasibəti demək deyil" reaksiyasını verib.  

Həyat yoldaşının qısqanclığından danışan Tacir "Cavan vaxtları xanımım qısqanclıq edirdi. Həyat yoldaşım qısqancdır. Amma indi püxtələşib. Ailəmin başında olmuşam, onları üstdə tutmuşam. Dünya dağılsa, ailəmi atmaram. Həyat yoldaşım bibim nəvəsidir. Ailədə hüzur olmasa, bərəkət də olmaz" fikrini ifadə edib.  
Qeyd edək ki, Tacir Şahmalıoğlu müsahibələrin birində "Fədayə Laçınla 6 il bir yerdə oxumuşuq, əlbəttə münasibətimiz olub" açıqlamasını vermişdi. Eyni zamanda Tacir Fədayənin bacısı İlahə Fəda ilə düşmən mövqeyindədir. İlahə açıqlamalarında dəfələrlə Taciri təhqir edib. 

 

21.08.2023 19:16
181

(MGID): :
OXŞAR XƏBƏRLƏR