64ec0d6c3c457202308235852
Taekvondoçularımız vətənə 5 medalla döndülər-FOTO

Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə Avropa çempionatında iştirak edən idmanılarımız vətənə qayıdıblar. 

Panarama.az Lent.az-a istinadən xəbər verir ki, Avropa çempionatı 3 gün davam edib. İdmançıların qarşılanma mərasimində onların yaxınları, idman cəmiyyətlərinin üzvləri, azarkeşlər və KİV iştirak ediblər. 

58 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov Olimpiya çəki dərəcələri üzrə qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gərgin keçən döyüşdə teakvondoçumuz rəqibinə heç bir şans verməyərək, Avropa çempionatının qızıl medalına yiyələnib və Tallində Azərbaycan himnini səsləndirib. Qaşım Maqomedovdan öncə Cavad Ağayev və Həmidreza Badrialiabadi isə gümüş medala yiyələnib. 

Gənclərin Avropa çempionatını isə komandamız 2 medalla başa vurub. Səlimə Quliyeva gümüş, Məhəmməd Həsənli isə bürünc mükafat qazanıb.

Beləliklə, 3 gün davam edən Avropa çempionatında Azərbaycan taekvondoçuları 1 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.

Qeyd edək ki, avqustun 28-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyi start götürəcək. 4 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

28.08.2023 06:57
139

(MGID): :
OXŞAR XƏBƏRLƏR