65703e9392c4f202312232747
Tailand səfiri: “Ölkəmizlə Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək” - EKSKLÜZİV
“Tailandla Azərbaycan arasında viza məsələləri sadələşdiriləcək”.

Panarama.az bildirir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında Tailandın Azərbaycan və Türkiyədəki səfiri Apirat Suqondhabhirom bildirib.

Səfir deyib ki, Azərbaycanla Tailandın əlaqələrinin inkişafı üçün fəaliyyətlər davam edir. Bura iki ölkə arasında turizmin inkişafı üçün viza məsələlərinin sadələşdirilməsi də daxildir: “Yaxın günlərdə buna nail olacağıq. Çünki azərbaycanlı turistlərin Tailanda səyahət etmə potensialı artıb. Müvafiq orqanlarımız azərbaycanlı turistlərin Tailanda səfərini Ankara üzərindən deyil, sərhəddə qapı vizası (“VoA”-red) ilə müraciət yoluyla həlli ilə məşğuldur”.

Qeyd edək ki, dekabrın 5-də Türkiyənin paytaxtı Ankarada Tailandın Milli Günü qeyd edilib. Tədbirə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də qatılıb.

06.12.2023 13:26
414

(MGID): :
OXŞAR XƏBƏRLƏR