Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə ATV telekanalı ilə yollarını ayırması haqda məlumatı təsdiqləyib.
Panarama.az Axşam.az-a istinadən məlumatına görə, bundan sonra onun hansı kanalda fəaliyyətini davam etdirməsi haqda suallar yazılıb. Aparıcı özü də sosial şəbəkədə ünvanlanan sualları cavabsız qoyub.
V.Əlizadə bu günlərdə "Xəzər TV"də görüntülənib. Kanala keçmək üçün danışıqlar aparan Əlizadənin razılaşıb, razılaşmaması isə dəqiq deyil.