“Onlar efirdə gördüyünüz nənə, ərəgetmə konseptinin, xala, bibi, baldız qeybətinin içində yaşayan adamlardır”.
Bu fikirləri bəzi həmkarlarına yönəlik tənqidlərə münasibət bildirən tanınmış teleaparıcı Kamran Həsənli Yenicagaz-a açıqlamasında deyib.
“Aparıcıları ora təyin edən rəhbərlər var. Bu gün televiziyalarda görünən biabırçılıq telekanal rəhbərliyinin beynində olan biabırçılıqdır. Aparıcıların adını ayrı-ayrılıqda çəkmək istəmirəm.
Hər şey ortaya qoyulan konseptdən asılıdır. Televiziya rəhbərinin fəlsəfi, siyasi, geopolitik düşüncəsi olmalıdır. Ən əsası, milliyətçi baxışları olmalıdır. Onlar efirdə gördüyünüz nənə, ərəgetmə konseptinin, xala, bibi, baldız qeybətinin içində yaşayan adamlardır. Buna görə də onların ortaya çıxardığı və səlahiyyət verdiyi aparıcılar da tam özləri kimidir.
Özlərinə sual versəniz, deyəcəklər, nə danışırsız, biz elə fikirəşmirik, camaat belə istəyir. Camaatın üstünə yıxırlar. Hansı ki camaat onları söyür. Yaxşı ki sosial şəbəkələr var, camaatın ictimai rəyi göz önündədir. Televiziyalar sadəcə, bir rəzillikdir, üz qarasıdır”.