“Bu gün 20 illik əməyim olan, ata ocağı qədər doğma, əziz ATV telekanalından öz istəyimlə, xahiş edirəm məni tutduğum vəzifədən azad edəsəniz müraciəti ilə ayrıldım. 2 aydır, bilib-bilmədən danışanlar, yazanlar, yozanlar, bilin ki, münasibətlər, hörmətli qərarlar sayğı duyularaq gözəldir və biz də belə ayrıldıq, çünki mən qərarlarımı verərkən nə şişi bada verirəm, nə də kababı. Hər şey ölçüdə gözəldir. İşimi, sənətimi, səhnəmi, məni sevib gözləyən, bu iki ay ərzində axtaran tamaşaçımı çox sevirəm. Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik”, -deyə aparıcı bildirib.