Rusiya Tibb Elmləri Akademiyasının N.N.Burdenko adına Neyrocərrahiyyə Elmi Tədqiqat İnstitutunun azərbaycanlı sabiq həkimi Amid Ömərov ABŞ-nin Mayami şəhərində qəfildən vəfat edib.
Panarama.az qafqazinfo.az-a istinadən xəbər verir ki, onun daha öncə itkin düşdüyü bildirilir.
Məlumata görə, 1982-ci il təvəllüdlü Amid Ömərov Mayamidə sürücü kimi fəaliyyət göstərirmiş.
Mərhumun cənazəsi yaxın günlərdə Azərbaycana göndəriləcək.