Tanınmış iş adamının oğlu faciəvi şəkildə DÜNYASINI DƏYİŞDİ...
Tanınmış iş adamı, "Ultra Company" şirkətinin baş direktoru Məhəmməd Zülfüqarlının oğlu faciəvi şəkildə vəfat edib.
Panarama.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Bildirilib ki, iş adamının oğlu 2007-ci il təvəllüdlü Toğrul Zülfüqarlı Bakının Nəsimi rayonunda yaşadığı çoxmərtəbəli binadan bədbəxt hadisə nəticəsində yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib.