64dc5a605fbee202308231056
Tanınmış jurnalist təyyarə qəzasında həlak oldu

Tanınmış jurnalist təyyarə qəzasında həlak olub.

Panarama.az Medianews.az-a istinadən xəbər verir ki, fransalı jurnalist Cerald Lekler  kiçik təyyarənin qəzaya uğraması nəticəsində dünyasını dəyişib.

Yerli vaxtla saat 19.00 radələrində Lavau-sur-Luara şəhəri yaxınlığında təyyarənin qalıqlarının düşdüyü ərazidə 71 yaşlı fransız jurnalist Leklerin və onu müşayiət edən şəxsin cəsədləri tapılıb.

Təyyarədə olduğu bildirilən üçüncü şəxsin taleyi ilə bağlı hələlik açıqlama verilməyib.

BEA-dan bildirilib ki, qəzanın səbəbləri ilə bağlı məhkəmə araşdırmasına başlanılıb.

16.08.2023 09:09
207

(MGID): :
OXŞAR XƏBƏRLƏR