659d805f1df56202401242031
Tanınmış meyxanaçı ÇƏTİN VƏZİYYƏTDƏDİR: "Ayağıma, qarnıma, ciyərimə su yığılıb" - FOTO

"Evin içində beş addım atıram, boğuluram"

Məşhur meyxanaçı Xəyyam Əhmədli yenidən xəstəxanaya yerləşdiriləcək.

Panarama.az bildirir ki, bu barədə meyxanaçının özü Yenicag.az-a açıqlamasında deyib.

O, ürəyindən əməliyyat olunacağını, lakin səhhətinin hələ ki buna imkan vermədiyini bildirib:

"Ev şəraitində müalicə olunsam da, səhhətim hələ düzəlməyib. Yaxşı deyiləm. Ürəyim çox zəifdir. Evin içində beş addım atıram, boğuluram, yoruluram. Ayağıma, qarnıma, ciyərimə su yığılıb.

Həkimlər deyir, yenidən xəstəxanada müalicə almalı, ürəyimdən əməliyyat olunmalıyam. Amma ürək fraksiyam aşağı olduğundan, həkimlər hələ ki əməliyyatı təxirə salıblar. Səhhətimin əməliyyat üçün uyğunlaşmasını gözləyirlər".

09.01.2024 21:17
2563

(MGID): :
OXŞAR XƏBƏRLƏR