683d3d30e61fb202506255704

Tanınmış tarzən vəfat etdi

14 İyun 2025
444

Tanınmış tarzən Cəmaləddin Hüseynov vəfat edib.

Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cəmaləddin Hüseynov uzunsürən xəstəlik səbəbilə dünyasını dəyişib.

Qeyd edək ki, ustad tarzən Naxçıvan Musiqi Kollecinin müəllimi işləyib. Bundan əvvəl isə o, uzun illər Cəhri Qəsəbə Uşaq Musiqi Məktəbinin direktoru vəzifəsində çalışıb.