65c9adf218058202402243442
Tanınmış teleaparıcı bu dövlət qurumunda yeni vəzifəyə getdi - FOTO

"Xəzər" televiziyasının tanınmış aparıcısına yeni vəzifə verilib.

 

Panarama.az bildirir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın xəbərlər xidmətinin aparıcısı Azər Teymurlu müvafiq əmrlə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunda məsləhətçi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azər Teymurlu "Xəzər" televiziyasında şef redaktor vəzifəsində çalışıb. O, bir sıra önəmli layihələrin - "Aktual qonaq", "Yaşıl ekran" verilişlərinin və xəbərlər xidmətinin aparıcısı olub.

12.02.2024 09:33
1243

(MGID): :
OXŞAR XƏBƏRLƏR