64d8a552a3694202308234138
Tarixin bu günü harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

1889-cu ilin 13 avqust tarixindә almaniyalı Ferdinant Von Zepplin ixtira etdiyi hava şarını patentlәşdirib.

****

1905-ci ilin 13 avqust tarixindә Norveç keçirilәn referendum nәticәsindә İsveçdәn ayrıldı. Ölkә Danimarka şahzadәsi Çarlsın  Norveç Kralı elan edilmәsi ilә müstәqilliyini әldә edib.

 

****

1954-cü ilin 13 avqust tarixindә Pakistanın milli himni Pakistan radiosunda ilk dәfә sәslәndirilib. 1947-ci ildә yaşanan qanlı mübarizә nәticәsindә  müstәqilliyini elan edәn Pakistan  1971-ci ildә yenә bölündü, nәticәdә Banqladeş dövlәti quruldu.

 

****

1956-cı ilin 13 avqust tarixindә Böyük Briyanıyanın mәşhur jurnalisti vә tarixşünası  Harbert Corc Vells vәfat edib.

 ****

1961-ci ilin 13 avqust tarixindә soyuq müharibәnin simvolu hesab edilәn vә şәhәri ikiyә bölәn ‘‘Berlin Divarı’’nın inşa işlәri başlayıb. 46 kilometr uzunluğundakı  divar  şәhәrin şәrq vә qәrbini 30 il әrzindә bir-birindәn ayırdı.

 

****

1966-cı ilin 13 avqust tarixindә Mao Zedonq Çindә Mәdәni İnqilab elan edib. 10 il davam edәn hәrәkat nәticәsindә çox sayda adam hәbs edilib, çox sayda adam da edam edilib.

****

1987-ci ilin 13 avqust tarixindә Amerika Birlәşmiş Ştatları prezidenti  Ronald Reyqan İran-Kontra gәrginliyinә görә mәsuliyyәti öz boynuna götürüb.

 


13.08.2023 13:38
198

(MGID): :
OXŞAR XƏBƏRLƏR