66f663e46b74c202409245100
TƏBİB-dən aparıcının qızının ölümü ilə bağlı - Açıqlama

Aparıcı Həmid Əsədzadənin qızının ölümü ilə bağlı detallar üzə çıxıb.

OLAY yazır ki, hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.

TƏBİB-dən isə bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.

Aparıcının yaxınlarından “Qafqazinfo”ya bildirilib ki, uşaq ürəkqüsurlu olub və hadisə qəfil baş verib.

27.09.2024 11:50
134

(MGID): :
OXŞAR XƏBƏRLƏR