66a9bd4119bc7202407242745
Tehran vuruldu, "HƏMAS" lideri öldürüldü

"HƏMAS" lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Panarama.az bildirir ki, o, İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində onu qucaqlayaraq təbrik edib.

Tədbirdən sonra isə Tehrandakı iqamətgahına qayıdıb.

İranın Mehr və Tasnim agentlikləri xəbər verir ki, gecə saatlarında İsrailin keçirdiyi xüsusi əməliyyat nəticəsində İsmayıl Haniyə və bir mühafizəçisi öldürülüb.

Xatırladaq ki, İsrailin baş naziri Netanyahu keçən ilin noyabrında demişdi ki, "Mən Mossad-a dünyanın istənilən yerində HƏMAS liderlərinə qarşı tədbir görməyi əmr etdim"./milli.az

31.07.2024 08:26
237

(MGID): :
OXŞAR XƏBƏRLƏR