67087843422a6202410245843
Telli Borçalının adından istifadə edib toy yiyəsindən pul aldılar

Aşıq Telli Borçalı sosial şəbəkələrdə adından istifadə edərək dələduzluq edildiyini bildirib.

Panarama.az Lent.az-a istinadən xəbər verir ki, aşıq adına açılan saxta sosial şəbəkə hesabı ilə insanlardan toyları üçün beh alındığını söyləyib:

"Mənim nə "Instagram"ım, nə də "Facebook"um var. Heç bir sosial şəbəkədə yoxam. Dostlarımın israrı ilə ancaq "WhatsApp" açmışam. Amma görürəm ki, adımdan səhifələr açılır.

Bir dəfə başıma iş gəlib. Mənim prodüserim olduğunu deyib və toyun behini həmin adamdan alıb. Deyir indi, o adamın nömrəsi filan yoxdur, bağlayıb.

Mənə tarix deyir, cavab verirəm ki, həmin gün başqa toydayam. Belə şeylər var, insanları aldadırlar".

11.10.2024 04:57
275

(MGID): :
OXŞAR XƏBƏRLƏR