Telli Pənahqızı televiziyaya RƏHBƏR TƏYİN EDİLDİ
Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu vəzifəyə QAİ-nin Qadınlar Şurasının sədr müavini, Teleradio Akademiyasının rektoru Telli Pənahqızı gətirilib.
Bildirilib ki, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı eyni zamanda Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvüdür.