64e62880afc6e202308234048
Temperatur 4-7 dərəcə enəcək, güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Panarama.az  Milli.Az-a istinadən bildirir ki, bu barədə Milli Hidrolemetorologiya Xidmətindən bildirilib.

Ayı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

23.08.2023 19:37
163

(MGID): :
OXŞAR XƏBƏRLƏR