Azərbaycan ordusunun hərbi texnikasının üzərində tərs "A" hərfi yazıldığını deyən ermənilər qorxuya düşüb.
Panarama.az ölkə.az-a istinadən xəbər verir ki, bunu sosial media platformalarında həyəcanla paylaşırlar.
Belə ki, ermənilər tərs "A" hərfini xəritə üzərində çəkərək Zəngəzur dəhlizi ərazisinə düşdüyünü ifadə edirlər. Onlar bunu Azərbaycan tərəfinin qələbə simvolu kimi görürlər.
Qeyd edək ki, belə bir görüntülər rəsmi şəkildə yayılmayıb.
Xatırladaq ki, son günlər Ermənistan tərəfi dəfələrlə təxribat xarakterli hərəkətlərə yol verir, Azərbaycan ordusu bunun qarşılığında cavab tədbirləri görür.
Rəsmi İrəvan gərginliyi artıracaq addımlar atır və iki ölkə arasında gedən sülh danışıqlarını əngəlləyir.